Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Görüşdə Azərbaycan-Avropa İttifaqı çərçivəsində Litva ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 2.