Azərbaycan Prezidenti İlham Əliyev Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 2.