Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların və əldə olunan iqtisadi inkişafın önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 2.