Azərbaycanın Baş naziri Litvanın xarici işlər naziri ilə görüşmüşdür

 

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycanın Baş naziri münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının iclasına uğurlar arzulayan Artur Rasizadə əldə olunacaq razılaşmaların qarşılıqlı iqtisadi əlaqələrdəki əhəmiyyətini vurğuladı.

Litvanın xarici işlər naziri Audronyus Ajubalis hazırda biznes əlaqələri üçün nadir şəraitin olduğunu nəzərə çatdırdı. Litvanın Azərbaycan ilə xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyən qonaq hazırda Azərbaycan Dövlət Neft Fondu ilə bir sıra danışıqların aparıldığını dedi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 3.