Moskvada azərbaycanlıların soyqırımına həsr olunmuş dəyirmi masa keçirilmişdir

 

 Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) Azərbaycan klubu ilə birlikdə "1918-ci il 31 mart azərbaycanlıların soyqırımı: tarixi-hüquqi aspekt" mövzusunda "dəyirmi masa" keçirmişdir.

Tədbiri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan klubunun fəxri sədri, RAGT İcraiyyə Komitəsinin üzvü Natiq Əliyev açmışdır. O demişdir ki, "dəyirmi masa"nın məqsədi 1918-1920-ci illərdə Azərbaycanda baş vermiş qanlı faciəvi hadisələri bir daha təhlil etmək, erməni millətçiləri, xüsusən də "Daşnaksütyun" terror təşkilatı tərəfindən planlaşdırılmış sırf milli mənsubiyyətinə görə azərbaycanlıların kütləvi qətllərinin səbəbləri və nəticələri barədə fikir mübadiləsidir.

Natiq Əliyev mart hadisələrindən söhbət açarkən demişdir ki, o qarmaqarışıq dövrün bütün hadisələrinə baxmayaraq, Azərbaycanda Demokratik Respublikası yaradılmış və öz müstəqilliyini elan edə bilmişdi.  N.Əliyev demişdir: "İlk dəfə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında müvafiq fərman imzalamaqla 1918-ci ilin faciəli hadisələrinə tarixi-hüquqi qiymət vermişdir".

O qeyd etmişdir ki, bu müzakirələrin mühüm məqsədi o illərin hadisələrinin həqiqi mahiyyətini gənc nəslə çatdırmaqdır, çünki sovet tarixqrafiyası həqiqəti gizlədərək o vaxtkı hadisələri "Müsavat" qiyamı, vətəndaş müharibəsi və s. kimi qələmə vermişdir. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra obyektiv tarixi tədqiqatlar aparmaqtarixi hadisələrin saxtalaşdırılması faktlarının üstünün açılmasına başlamaq mümkün olmuşdur.

 RDHU Azərbaycan klubunun sədri Aytac Həsənova qeyd etmişdir ki, ilk növbədə Azərbaycan gənclərinin öz ölkələrinin tarixini dəqiq və düzgün bilməsi vacibdir. Ona görə ki, məhz dolğun biliklərə yiyələnməklə Azərbaycan haqqında həqiqətin səmərəli, məqsədyönlü təbliğini təmin etmək, ictimaiyyətin geniş təbəqələrinə ölkəmizin tarixi haqqında obyektiv informasiya çatdırmaq olar.

Dövlət İdarəçilik Universiteti Azərbaycan klubunun sədri Murad Qarayev ümidvar olduğunu bildirmişdir ki, azərbaycanlıları milli mənsubiyyətinə görə qırmaq cəhdlərinə baxmayaraq, xalqımız hər şeyə sinə gərmiş və sübut etmişdir ki, hələ o zaman əldə etdiyi müstəqillik indi dönməz hal almışdır. RDHU-nun tələbəsi Ruslan Yarov 1918-ci ilin martında Qubada və Azərbaycanın digər rayonlarında azərbaycanlı və yəhudi ailələrinin ermənilər tərəfindən necə vəhşicəsinə bütünlüklə məhv edildiyi barədə statistik məlumatları diqqətə çatdırmışdır.

"Dəyirmi masa"nın iştirakçıları Heydər Əliyev Fondunun, "Xocalıya ədalət" beynəlxalq kampaniyası və Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəldilmiş digər tədbirlər keçirmək təşəbbüsünü irəli sürmüşbu tədbirləri müvəffəqiyyətlə həyata keçirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında qurumun Rusiyadakı nümayəndəliyinin genişmiqyaslı fəaliyyətindən razı qaldıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 10.