Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanlıların soyqırımı - tarixin iki yüz ili mövzusunda dəyirmi masa təşkil etmişdir

 

 Moskvada "Azərbaycanlıların soyqırımı - tarixin iki yüz ili" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Tədbir Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) tərəfindən təşkil olunmuş və 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdir.

ÜAK-ın baş katibi Mikayıl Hüseynov tədbiri açaraq demişdir ki, martın 31-də bütün həmvətənlərimiz Azərbaycanlıların Soyqırımı Gününü qeyd edirlər və xalqımız bu faciəli tarixi həmişə yadda saxlayacaqdır.

ÜAK-ın rəyasət heyətinin üzvi, professor Tofiq Məlikli bildirmişdir ki, soyqırımı bir anlayış kimi BMT səviyyəsində yalnız 1948-ci ildə müəyyən olunsa da, tarixi hadisələr və hazırda dünyada gedən proseslər nəzərə alınarsa, bu söz yeni məna kəsb edir. Ermənilərin 1918-ci ilin martında törətdiyi faciə dünya tarixində baş vermiş elə bir hadisədir ki, onu, şübhəsiz, soyqırımı adlandırmaq olar. Çünki milli mənsubiyyətinə görə buya digər etnik qrupun, etnosun, xalqın - indiki halda məhz azərbaycanlıların hüquqlarının tapdalanmasına və onların fiziki cəhətdən məhv edilməsinə yönəldilmiş məqsədyönlü bir siyasət yeridilmişdir.

T.Məlikli xatırlatmışdır ki, təkcə Bakıda 30 min nəfərdən çox, Şamaxıda isə təqribən 20 min azərbaycanlı öldürülmüşdür. O demişdir: "Qadınlar, qocalar, uşaqlar barəsində ermənilərin amansız vəhşiliklərinin statistikası heyrət doğurur. Azərbaycanda - Zəngəzurda, Qarabağdabaşqa bölgələrdə, habelə Şərqi Anadoluda ailələr, kəndlər bütünlüklə məhv edilmişdir. Bəşəriyyətə qarşı müdhiş cinayət törədilmişdir".

Qafqazşünas alim, professor Rudolf İvanov demişdir ki, dinc əhalini qırmış, minlərlə qanlı cinayət törətmiş, hətta SS faşist legionunun üzvü olmuş quldurterrorçu Dronun bioqrafiyası erməni terrorçusu üçün yetərli göstəricidir. Rudolf İvanov demişdir: "Bütün rus-türk müharibələri ermənilər tərəfindən törədilmişdir. Soyqırımı fitnələrinin də hamısı ermənilərin işidir. 200 il ermənilər yaşadıqları dövlətə ziyan vurmuşlar". O, Azərbaycanda erməni təcavüzünə qarşı ideoloji mübarizə üzrə Dövlət Komitəsi yaratmağı təklif etmişdir. Onun fikrincə, "böyük Ermənistan" ideyası başdan-ayağadək biabırçı cəfəngiyatdır. Roma imperiyasında heç vaxt erməni olmamışdır, hətta Ermənistanın indiki ərazisinin Azərbaycan torpağı olması şəksizdir. Orada da heç vaxt ermənilər olmamışdır və hətta süni  köçürmədən sonra da onlar həmişə azlıq təşkil etmişlər.

ÜAK-ın rəyasət heyətinin üzvləri, alimlər və ictimai xadimlər çıxış edərək demişlər ki, ölkəmizin tarixi və ən yeni tarixdə erməni millətçilərinin destruktiv rolu barədə doğru-düzgün informasiyanın çatdırılması üçün daha təsirli tədbirlər görmək lazımdır. Belə bir fikir irəli sürülmüşdür ki, dünyada azərbaycanlıların soyqırımının tanınması sahəsində aparılan işlər sistemli xarakter daşımalıdır, çünki azərbaycanlılara qarşı bütöv bir mütəşəkkil sistem mübarizə aparır və ona qarşı gənc, enerjili insanlardan, tarixçilərdən, filosoflardan, yazıçılardan ibarət bir sistem qurmaq lazımdır.

"Qarabağ dastanı" kitabının müəllifi Emin Məmmədli qeyd etmişdir ki, arxivlərdə azərbaycanlıların haqlı olduqlarını təsdiq edən sənədlərin heç də hamısı məhv edilməmişdir. Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin vitse-prezidenti Aleksandr Romaşin bildirmişdir ki, ruslar və digər millətlərin nümayəndələri Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda mərdliklə vuruşmuşlarindi bunu iftixarla xatırlayırlar, çünki çoxmillətli Azərbaycan xalqının haqq işi uğrunda mübarizə aparmışlar. A.Romaşin demişdir: "Həmişə monomilli dövlət olmuşindi də belə ölkə olaraq qalan Ermənistanda heç vaxt Azərbaycanda, Bakıda olduğu qədər başqa millətlərin nümayəndələri yaşamamışdır və yaşamayacaqdır".

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu dünya azərbaycanlılarını mümkün olan bütün kütləvi informasiya vasitələrindən və kommunikasiya texnologiyalarından istifadə edərək Azərbaycan haqqında həqiqi və obyektiv informasiyanın müxtəlif dövlətlərin ictimaiyyətinin geniş təbəqələrinə çatdırılması işini gücləndirməyə çağırmışdır. O demişdir: "Azərbaycan diasporu hər şeydən əvvəl qarşısına konkret məqsədlər və vəzifələr qoymalı, onlara nail olmalı, yaşadığı bütün ölkələrdə, o cümlədən Rusiyada məqsədyönlü fəaliyyət göstərməlidir".

Tədbirin sonunda bəyanat qəbul edilmişdir.

"Dəyirmi masa"da ÜAK rəyasət heyətinin üzvləri, görkəmli alimlər, ictimai xadimlər, gənclərin nümayəndələri iştirak etmişlər.

 

 

 Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 10.