Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələr 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüş keçirmişlər

 

 Şimali Kiprin universitetlərində təhsil alan azərbaycanlı tələbələr Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə yürüş keçirmişlər.   

Tələbələr adından mətbuat üçün açıqlamanın mətnini oxuyan Azərbaycanlı Tələbələr Şurasının sədri İbiş Bağırov bildirmişdir ki, bu aksiya 200 ildən çox müddətdə ermənilərin xalqımıza qarşı törətdikləri qətliamlara etiraz əlamətidir. Çar Rusiyası zamanından havadarlarından güclü dəstək alan ermənilər Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etmiş, bu gün də bu təcavüzkar siyasəti davam etdirirlər. Etnik təmizləmə siyasətinin nəticəsi olaraq 1 milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınmışdır.  

Yürüşdə kiprli və digər ölkələrdən olan gənclər də iştirak etmişlər.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 10.