Qırğızıstan ilə TürkPA arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

Qırğızıstan parlamenti - Joqorku Keneşin (JK) mətbuat xidmətinin yaydığı məlumata görə, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Qırğızıstana işgüzar səfəri çərçivəsində JK-in sədri Asılbek Jeenbekovla görüşmüşdür.

Danışıqlar zamanı TürkPA çərçivəsində əlaqələrin inkişaf perspektivləri, təşkilatın üzvü olan ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, təşkilati və bir sıra digər məsələlər müzakirə edilmişdir. Qərara alınmışdır ki, TürkPA-nın üçüncü plenar iclası bu ilin iyununda Bişkekdə keçirilsin. İclasda bu beynəlxalq təşkilata sədrlik Qırğızıstana keçəcəkdir.

Xatırladırıq ki, təşkilatın birinci plenar iclası 2009-cu ildə Bakıda, ikincisi isə ötən il Astanada keçirilmişdir.

 

 

 Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 3 aprel.- S. 11.