Ukraynanın Baş naziri Azərbaycana gəlmişdir

 

Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana səfərə gəlmişdir.

Ukraynanın Azərbaycandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Baş nazir Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir.

Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, yanacaq-energetika sahələrində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 3.