Regionlarda yeni yerləri yaradan sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi təklif edilir

 

 Regionlardakı iqtisadisosial problemlərin həlli üçün bölgələrdə yeni yerləri yaradan sahibkarlara vergi və digər güzəştlər tətbiq edilməlidir. Bu barədə "APA-Economics"ə Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib.

Qeyd edək ki, bu məsələ bir qədər əvvəl Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

S.Mehbalıyev regionda yerləri yaradılmasının daha böyük zəhmət tələb etdiyini bildirib: "Regionlarda bu daha böyük zəhmət və xərc tələb edir. Regionlarda istehsal edilən məhsulların Bakıya çatdırılması və s. üçün daha çox vəsait lazımdır. Bütün bunları nəzərə alaraq, fikrimcə, hökumət özüucqar bölgələrdə açılan yeni müəssisələr üçün vergi və digər güzəştlərin verilməsində maraqlı olmalıdır".

Konfederasiya rəhbəri hesab edir ki, həmin müəssisələrə verilən enerji tarifləri də bir qədər aşağı nəzərdə tutulmalı, eləcə də onların məhsullarının paytaxta daşınması üçün nəqliyyat xərclərinə yenidən baxılmalıdır: "Bu, sahibkarların xərclərini azaltmalı və onları yeni yerləri açmağa həvəsləndirməlidir. Dövlət bütün bunları nəzərə almalıdır ki, rayonlarda yeni yerləri açılsın, insanlar yeri üçün Bakıya axışmasınlar və öz bölgələrində işləsinlər".

S.Mehbalıyev bəzən regionlardakı iqtisadi problemlərin sosial problemlərə çevrildiyini və mənfi nəticələr verdiyini bildirib: "Ailə başçısı ailəsini rayonda qoyub dalınca Bakıya gəlir və müəyyən müddət sonra onların ailələrində  problemlər başlayır. Məsələn, ailədəki uşaqlara nəzarət etmək mümkün olmur, onlar məktəbdən yayınır, pis vərdişlərə öyrənir və s. Bu da son nəticədə ailənin dağılmasına və digər mənfi nəticələrə səbəb olur. Bütün bunların qarşısını almaq üçün bölgədə yaradılan yeni yerləri üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır ki, sahibkarlar bölgələrdə yeni yerləri açmaqda maraqlı olsun".

 

 

Azərbaycan. - 2012.- 4 aprel.- S. 6.