RF XİN rəhbəri ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan xarici işlər nazirinə təbrik məktubu göndərmişdir

 

 Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovu iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə təbrik etmişdir.

Təbrik məktubunda deyilir: "Ölkələrimiz və xalqlarımız üçün əlamətdar tarix - RF ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 20 illik münasibətilə səmimi təbriklərimi qəbul edin.

Tarixən qısa müddət ərzində bizim əməkdaşlığımızın təməlini möhkəmlətmək və ikitərəfli münasibətlərin dərin məzmun kəsb etməsi üçün birlikdə böyük görülmüşdür. Bu işin uğurlu olması hər iki ölkənin liderlərinin dövləti müdrikliyiadi vətəndaşların səyləri sayəsində təmin edilir.

Bu gün Rusiya və Azərbaycan siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə məzmunlu dialoq aparan, regional və beynəlxalq formatlarda uğurlu qarşılıqlı fəaliyyət göstərən strateji tərəfdaşlardır. Bu genişmiqyaslı tərəfdaşlıq Xəzərdə və Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin mühüm amilinə çevrilmişdir.

Məmnuniyyətlə qeyd edirəm ki, biz 1992-ci ildən 2012-ci ilə qədər olan dövrdə imzalanmış ikitərəfli Rusiya-Azərbaycan sənədləri məcmuəsinin buraxılışını bu yubiley tarixinə həsr etmişik. İyirmi il ərzində yaradılmış müqavilə hüquqi bazası gələcəyə istiqamətlənmişdir və ən müxtəlif sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin tükənməz potensialını bundan sonra da üzə çıxarmaq üçün əlverişli şəraiti təmin edir.

Hörmətli Elmar Məhərrəm oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzulayıram".

 

 

 Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 7.