Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun əməkdaşları Penitensiar Xidmətdə olmuşlar

 

Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) əməkdaşları Penitensiar Xidmətdə olmuşlar.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev İRZ-nin əməkdaşları - Almaniyanın Bruksal şəhərindəki həbsxananın rəisi Tomas Müllerbu ölkənin Nordrayn-Vestfallen torpağının Penitensiar Xidmətinin istefada olan vitse-prezidenti Linhard Dregerdən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Mədət Quliyev qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son vaxtlar məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara uyğun yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barədə müfəssəl məlumat vermişdir. M.Quliyev Azərbaycanın Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdə İRZ-nin iştirakını çox yüksək qiymətləndirərək, son illərdə bu layihələrin penitensiar sahəni də əhatə etdiyini xüsusi vurğulamışdır.

Qeyd olunmuşdur ki, fondun ekspertləri tərəfindən məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraiti, onlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin artırılması, cəzanın icrasının təşkili mövzularında müxtəlif seminar-treninqlərin keçirilməsi və Penitensiar Xidmətin əməkdaşlarının təcrübə mübadiləsi məqsədi ilə Avropa ölkələrinə səfərlərinin təşkili bu əməkdaşlığın əsasını təşkil etmişdir.

Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun ekspertləri Tomas MüllerLinhard Dreger işgüzar səfər üçün yaradılmış şəraitə və görüşə görə minnətdarlıqlarını bildirmiş və səfərin əsas məqsədləri haqqında məlumat vermişlər.

Görüşdə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Azərbaycan üzrə koordinatoru Rəşad HüseynliPenitensiar Xidmətin məsul əməkdaşları iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 4 aprel.- S. 7.