Azərbaycan və
İsveç arasında ailə və uşaq problemlərinin həlli sahəsində
əməkdaşlıq yüksək qiymətləndirilmişdir
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova aprelin 3-də İsveç Riksdaqının (parlamentinin) qadın deputatları ilə görüşmüşdür.
Ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında geniş məlumat verən H.Hüseynova qeyd etmişdir ki, Prezident İlham Əliyev gender balansının təmin edilməsi məsələlərinə, ailə və uşaq problemlərinin həllinə prioritet əhəmiyyət verir. O, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın qadınların sosial rolunun daha da artırılmasına, onların müxtəlif sahələrdə bərabərhüquqlu fəaliyyət imkanlarının genişləndirilməsinə, uşaq hüquqlarının tam həcmdə həyata keçirilməsinə və ailə dəyərlərinin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətini xüsusi vurğulamışdır.
AQUPDK sədri müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən İsveç ilə əməkdaşlığın inkişafının xüsusi əhəmiyyətini qeyd etmişdir.
Qonaqlar Azərbaycanda
reallaşdırılan dövlət qadın siyasətini,
habelə ailə və uşaq problemlərinin
həlli sahəsində toplanmış təcrübəni
yüksək qiymətləndirmişlər. Söhbət
zamanı onları maraqlandıran suallar ətraflı
cavablandırılmışdır. AQUPDK-nın Azərbaycanda
müvafiq istiqamətlər üzrə fəaliyyətin
təşkilində fəal rolu xüsusi vurğulanaraq, gələcəkdə
əlaqələrin daha da
genişləndirilməsinin zəruriliyi qeyd
edilmişdir.
Azərbaycan.- 2012.- 4 aprel.- S. 10.