Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Kazakları İcmasının Ataman Anton Qolovatı ordeni ilə təltif edilmişdir

 

 Aprelin 4-də "İnterfaks-Azərbaycan" agentliyində keçirilmiş mətbuat konfransında Azərbaycan Kazakları İcmasının atamanı Viktor Mereşkin bildirmişdir ki, Kazak Qoşunları Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ataman Anton Qolovatı" ordeni ilə təltif edilmişdir.

Ataman Anton Qolovatı Ukraynada anadan olmuş, Lənkəranda vəfat etmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Lənkəranda bu kazak atamanının abidəsi qoyulmuş, minlərlə rusun dəfn edildiyi xristian qəbiristanlığının yaxınlığında ucaldılmış daş lövhə üzərində isə bu sözlər həkk olunmuşdur: "1796-cı ildə Rusiya imperiyasının sərhədlərində ataman Anton Andreyeviç Qolovatının rəhbərliyi ilə Azərbaycanı müdafiə etmiş rusiyalı döyüşçülərə kazaklara (ruhanilər, xristianlar müsəlmanlar) abidə". Nəsillər arasında əlaqə bu gün qırılmamışdır. Azərbaycan vaxtilə onun sərhədlərinin keşiyində dayanmış insanları bu gün yad edir.

Təltif haqqında sənəddə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev elmin inkişafına, kazak hərəkatının inkişafına möhkəmlənməsinə böyük şəxsi töhfəsinə, kazakların tarixi, mədəni vətənpərvərlik ənənələrinin dirçəldilməsinə köməyə, ekstremizmə terrorizmə qarşı mübarizəyə görə 001 nömrəli "Ataman Anton Qolovatı" ordeni ilə təltif edilir.

Azərbaycan Kazaklar İcması Kazak Qoşunları Cəmiyyətinin atamanı general-leytenant V.Mereşkin qeyd etmişdir ki, Don Kuban kazaklarının Kazak Qoşunları, habelə Beynəlxalq Ukrayna Kazakları Akademiyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O, həmçinin bildirmişdir ki, Don Kuban Kazak Qoşunlarının İdarə Heyəti, habelə Beynəlxalq Ukrayna Kazakları Akademiyası Azərbaycan Prezidenti İlham Əliyevi kazak xalqının qəhrəmanının "Qızıl ulduz" ordeni ilə təltif etməyi qərara almışdır.

Orden artıq Azərbaycanın Ukraynadakı səfirliyinə verilmişdir. Hazırda formal prosedurlar yerinə yetirilir. Bundan sonra orden Azərbaycan Prezidentinə təntənəli şəraitdə təqdim ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 1.