Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında aşağıdakı dövlət xidmətləri yaradılsın:

1.1. Azərbaycan Respublikası Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələrinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti;

1.2. Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin bazasında Azərbaycan Respublikası Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Dövlət  Metrologiya Xidməti;

1.3. Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti.

2. "Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin strukturu" təsdiq edilsin.

3. "Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.

4. "Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.

5. "Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.

6. Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 112 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 60 ştat vahidi, ərazi idarələrinin işçilərinin say həddi 98 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin say həddi 22 ştat vahidi müəyyən edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin maliyyələşdirilməsi və digər təminatı ilə bağlı məsələləri bir ay müddətində həll etsin;

7.2. üç ay müddətində:

7.2.1. beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla "Akkreditasiya haqqında" Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

7.2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının  Nazirlər Kabinetinə məlumat versin.

9. Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi:

9.1. strukturuna daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələrinin ləğvi ilə əlaqədar sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsini təmin etsin;

9.2. Komitənin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlər görsün.

"Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009,  ¹ 8, maddə 631; 2010, ¹ 12, maddə 1064; 2011, ¹ 2, maddə 85) 2-ci və 3-cü hissələri ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 1.