Ukrayna Baş
nazirinin Azərbaycana rəsmi səfəri başa
çatmışdır
Ukraynanın Baş naziri Nikolay Azarovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 4-də başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukraynanın Baş naziri Nikolay Azarovu hava limanında Baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2012.- 5 aprel.- S. 2.