Nikolay Azarov: Azərbaycanın
əldə etdiyi nailiyyətlərdən
heyrətlənməmək mümkün deyildir
Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana səfəri və keçirdiyi görüşlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Qonaq ölkələrimiz arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Azərbaycanın son illərdə əldə etdiyi sosial və iqtisadi inkişafı yüksək qiymətləndirmişdir. N.Azarov demişdir: "Azərbaycanın əldə etdiyi nailiyyətlərdən heyrətlənməmək mümkün deyildir. Azərbaycan rəhbərliyi ölkənin iqtisadi inkişafı üçün bütün lazımi tədbirləri həyata keçirir. Paytaxt Bakı demək olar ki yenidən qurulmuşdur. Ölkədə mövcud siyasi sabitlik Azərbaycanın gələcək illər üçün inkişaf dinamikasının uğurlarından xəbər verir. Keçirdiyim görüşlər zamanı Azərbaycanın 2020-2030-cu illər üçün inkişaf strategiyası ilə tanış oldum. Genişmiqyaslı tədbirlər planı məni valeh etdi. İnanıram ki, Azərbaycan daha böyük uğurlara imza atacaqdır".
AzərTAc
Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.