Azərbaycan ilə
Rusiya Federasiyasının Çeçenistan
Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir
Rusiya Federasiyasının Çeçenistan Respublikası Baş nazirinin müavini, maliyyə naziri Əli İsayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində aprelin 4-də Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
AzərTAc xəbər verir ki, nazir Əbülfəs Qarayev ilə görüşdə Azərbaycan ilə Rusiya Federasiyasının Çeçenistan Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Nazir Əbülfəs Qarayev qonaqlara qədim mədəniyyətə malik olan Azərbaycanın mədəni inkişafı, o cümlədən turizm potensialı haqqında məlumat vermişdir. Ə.Qarayev həmçinin Azərbaycan ilə Rusiya Federasiyasının Çeçenistan Respublikası arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan ilə Çeçenistan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Səmimi görüşə
görə minnətdarlığını bildirən Çeçenistan nümayəndə heyətinin
rəhbəri Ə.İsayev təmsil etdiyi respublikanın investisiya
imkanlarından danışmış, eyni
zamanda, turizm və mədəniyyət
sahələrində əməkdaşlığın gələcəkdə
daha da genişlənəcəyinə
əminliyini bildirmişdir.
Azərbaycan.- 2012.- 5 aprel.- S. 4.