Gəncə
Dövlət Universitetinin yeni
beynəlxalq mükafatları
Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, təhsildə də Avropa ali təhsil məkanına inteqrasiya ilə əlaqədar bir sıra tədbirlər həyata keçirmişdir. Ölkəmizin 2001-ci ildən etibarən Avropa Şurasına üzv olması Avropa təhsil məkanına inteqrasiya prosesini sürətləndirmişdir. Bu məqsədlə Azərbaycan dövlətinin müvafiq strukturları, xüsusən Təhsil Nazirliyi mühüm tədbirlər həyata keçirmişdir. Belə tədbirlərdən biri Bolonya sisteminə daxil olması ilə əlaqədar atılan çox mühüm addımdır.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı bu sahədə təkanverici amilə çevrilmişdir. Sərəncamda qeyd edildiyi kimi, "bu prosesin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır."
Avropa ali təhsil məkanına inteqrasiyasının reallaşmasını gerçəkləşdirən ən mühüm amil dünyanın ciddi maliyyə böhranı yaşadığı bir şəraitdə ölkəmizin analoqu olmayan iqtisadi inkişafıdır. Bu yüksəliş respublikamızın ümumavropa təhsil məkanına inteqrasiya prosesinə qüvvətli təsir göstərmiş və bu dəyərli iş üçün əlverişli şərait yaratmışdır.
Bu sahədə Gəncə Dövlət Universitetində də böyük uğurlara imza atılmışdır. Məhz bunun nəticəsidir ki, universitetimizin kollektivi və onun rektoru, professor Elman Məmmədov beynəlxalq mükafata layiq görülmüşdür.
Dünya miqyasında təqdir olunan uğurlar heç də asan başa gəlməmişdir. Bu sahədə ən dəyərli işlərdən biri kollektivimizin bütün dünyada istifadə edilən Bolonya təhsil sisteminə qoşulmağı olmuşdur. Həmin sistemin tarixi o qədər böyük deyildir. Bu müasir prosesin rəsmi başlanğıcı 1999-cu il iyunun 19-u hesab olunur. Həmin gün Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olundu. Elə ilk gündən qeyd edildi ki, Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar Avropanın bir neçə şəhərində bu mövzuda diskussiyalar keçirilmiş, yeni üsula uğurlar arzulanmışdır. Hazırda Bolonya sistemi özündə 46 ölkəni birləşdirir.
Azərbaycan bu prosesə qoşulmaq üçün 2004-cü ildən ilk addımları atmağa başlamışdır. İlkin tədbirlər uğurlu oldu. Kollektivin digər göstəriciləri də diqqəti cəlb edirdi. Ona görə də 2005-ci il may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Bolonya prosesinin həqiqi üzvü seçilmişdir. Ölkəmizin bu prosesə qoşulmaqda əsas məqsədi Avropa təhsil məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçilməsinin, müasir attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin olunması idi.
Beynəlxalq təhsil sisteminin prinsiplərinə uyğunlaşma, zəruri tədris və təlim sənədlərinin təhlili vasitəsilə milli təhsil standartları əsasında təhsil müəssisələrinin akkreditasiyası qaydalarının müəyyənləşdirilməsi, regiondakı universitetlərlə sıx əməkdaşlıq vasitəsilə Bolonya prosesinin tətbiqinin təmin edilməsi qarşıda duran ən mühüm vəzifələrdən biri sayılır.
Ali təhsil müəssisələrinin akkreditasiyasına beynəlxalq ekspertlərin cəlb olunması, universitetlər üçün reytinqlərin müəyyən edilməsi sisteminin yaradılması, biliklərinin qiymətləndirilməsi məsələsinin Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğunlaşdırılması başlıca vəzifələrdən biri olduğu üçün ali təhsil müəssisələrində keyfiyyətə təminatın verilməsi, beynəlxalq ali təhsil sahəsində tələbələrin və müəllimlərin mobilliyinin təmin edilməsi müxtəlif əməkdaşlıq proqramlarının tələblərinin yerinə yetirilməsini zəruri etmişdir.
Gəncə Dövlət Universitetinin indi də Erasmus-Mundus Xarici Əməkdaşlıq Mübadilə Proqramı çərçivəsində Avropa təhsil məkanına inteqrasiyanı təmin etməsi ilə əlaqədar müəyyən uğurlar əldə etdiyi artıq beynəlxalq miqyasda təsdiq olunmaqdadır. Həmin proqramlara qoşulma Gəncə Dövlət Universitetində tələbələrə, aspirantlara, o cümlədən, doktorantlara iki qitə arasında mobillik imkanı verir və özü də bu layihə xeyli davam edəcəkdir. Bütün bunların nəticəsidir ki, Gəncə Dövlət Universiteti son illər həmin mübadilə proqramı vasitəsi ilə Avropa təhsil məkanına inteqrasiyanı uğurla həyata keçirmişdir.
Bəllidir ki, Erasmus-Mundus ali təhsil sahəsində əməkdaşlıq və mobillik proqramıdır. Onun məqsədi Avropada ali təhsilin keyfiyyətinin yüksəldilməsi və üçüncü ölkələrlə əməkdaşlıq yolu ilə insanlar və mədəniyyətlər arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq və təbliğ edilməsidir. Erasmus-Mundus proqramları Avropadan və hədəf seçilmiş üçüncü ölkələrdən olan universitetlər arasında tərəfdaşlıqlar yaratmağı arzulayan ali təhsil müəssisələrinin imkanlarını birləşdirir və əldə edilən nəticələrin kollektiv şəkildə qiymətləndirilməsini, xüsusi olaraq qeyd edilməsinə və mükafatlandırılmasına şərait yaradır.
Gəncə Dövlət Universitetinin qoşulduğu Tempus proqramı ali təhsilin müasirləşdirilməsini dəstəkləyir və Avropa İttifaqını əhatə edən ölkələrdə əməkdaşlıq sahəsi yaradır. 1990-cı ildə Berlin divarının sökülməsindən sonra yaradılmış bu proqram hazırda Qərbi Balkanlarda, Şərqi Avropa, Mərkəzi Asiyada, Şimali Afrika və Yaxın Şərqdə 27 ölkəni əhatə edir.
Tempus proqramı tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan proqramların hazırlanması, müasir ədəbiyyatla təmin edilməsi, tədrisin səviyyəsinin artırılması üçün təlimlər keçirir. Bununla yanaşı tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, islahatların aparılması, yeni informasiya texnologiyalarının tətbiqinə və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlığı diqqət mərkəzində saxlayır. Azərbaycan 1995-ci ildən etibarən Tempus proqramında iştirak edir. Hər il universitetimiz həmin proqram üzrə 7-13 layihə təqdim edir.
Artıq 16 universitet (dövlət və özəl) fərqli prioritet sahələri üzrə Tempus layihələrinə cəlb olunmuşdur. Tempus üzrə bilavasitə Azərbaycana hədəflənmiş 13 ədəd Birgə Avropa Layihəsi maliyyələşdirilmişdir.
Ölkədə pedaqoji kadrların hazırlanmasında xüsusi çəkisi olan Gəncə Dövlət Universiteti son illər bir çox uğurlara imza atmış, yüksək ixtisaslı müəllim kadrlarının yetişdirilməsi üçün dövlətin göstərdiyi hər cür qayğıdan bəhrələnərək təhsilin səviyyəsini xeyli yüksəltmişdir.
Yeni sistemlərin tələblərinə uyğun olaraq universitetdə müvafiq dəyişikliklər aparılmış, fakültə və kafedraların strukturlarına yenidən baxılmış, dərs yükü normadan az olan kafedralar digər kafedralara birləşdirilərək dərs saatları arasındakı uyğunsuzluq aradan qaldırılmışdır.
Tədris prosesində yeni informasiya texnologiyalarından,
multimedia proyektorlarından və
hesablama texnikasından
istifadə edilir. Dərslər auditoriyalara quraşdırılmış
kameralar vasitəsilə
canlı izlənilir, onların müzakirəsi
və qiymətləndirilməsi
həyata keçirilir.
Beynəlxalq əlaqələrin genişlənməsi
ilə əlaqədar
olaraq universitetin xüsusi saytı yaradılmış, orada kollektivin həyatı, struktur bölmələr tədris prosesi, elmi-tədqiqat fəaliyyəti
haqqında zəruri informasiyalar yerləşdirilmişdir. Bütün bunlar
tədrisin keyfiyyətinin
yüksəlməsinə öz
təsirini göstərir.
ERASMUS-MUNDUS və TEMPUS proqramları çərçivəsində
Avropa universitetləri
ilə əməkdaşlıq
gözəl bəhrə
verir. Bu sahədəki
uğurlarına görə
Gəncə Dövlət
Universiteti və onun rektoru, professor Elman Məmmədov Avropa Biznes Assambleyası Rəyasət Heyətinin,
Avropa Rektorlar Klubunun Akademik Şurasının və Biznes Liderlərinin Beynəlxalq Klubunun Sokrat adına nominasiya komitəsinin qərarı ilə "Elmdə fəxri ad" Qızıl medalına, universitetin kollektivi isə elm və təhsilin müxtəlif istiqamətləri üzrə
nailiyyətlərə görə
"Avropa keyfiyyəti"
Beynəlxalq mükafatına
layiq görülmüşlər.
Əlbəttə, bu yüksək
etimad və böyük uğurdur.
Avropa Biznes Assambleyası Böyük
Britaniyada fəaliyyət
göstərir. Həmin qurum tərəfindən təsis olunmuş Beynəlxalq Sokrat adına nominasiya
komitəsinin qərarı
ilə mükafatın
təqdimetmə mərasimi
Londonda keçirilir.
Bu yaxınlarda Londonun
"116 Pall Mall" sarayında hər iki mükafat
Gəncə Dövlət
Universitetinin rektoru, professor Elman Məmmədova
təntənəli surətdə
təqdim olunmuşdur.
Bu bizi daha fəal çalışmağa,
dünya təcrübəsini
sistemli surətdə öyrənməyə və
işdə tətbiq etməyə, tədrisin keyfiyyətini yüksəltməyə,
beynəlxalq əlaqələri
daha da möhkəmləndirməyə
ruhlandırır.
Vaqif NOVRUZOV,
Gəncə Dövlət Universitetinin
professoru, əməkdar
elm xadimi
Həsənbala SADIQOV,
professor,
əməkdar müəllim
Azərbaycan.- 2012.- 5 aprel.- S. 6.