Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqə başa çatmışdır

 

 Ötən il oktyabrın 4-də, 21-də və noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə təşkil olunmuşdur. Müsabiqənin test imtahanı mərhələsi ötən il noyabrın 25-də və bu il yanvarın 14-də keçirilmişdir. Müsahibə mərhələsi isə ötən il dekabrın 20-də və cari il martın 9-da keçirilmişdir. Apelyasiya nəticəsində yenidən keçirilən müsahibə ləğv olunmuşdur.

Müsabiqədə iştirak etmək üçün Komissiyada 5283 namizəd qeydə alınmışdır. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23,81 faizi, test imtahanında iştirak edən 4025 namizədin 31,25 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılmış və Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir.

Test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan dili, respublikamız haqqında ümumi biliklər, ölkəmizin müasir beynəlxalq münasibətləri, qanunvericilik sahəsində, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılmışdır.

Namizədlərin imtahana daha yaxşı hazırlaşmaları üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilmişdir.

Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-cı və 7-ci, sonra isə 8-ci və 9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak etmişlər.

Namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23,23 faizi) test imtahanında iştirak etməmişdir. Test mərhələsini uğurla başa vuran namizədlərdən 535 nəfəri 6-cı və ya 7-ci, 392 nəfəri 8-ci və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır. 331 nəfər 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8-ci və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını yığa bilmişdir.

Test mərhələsində uğur qazanmayan 15 namizəd öz hüquqlarından (Azərbaycan Respublikası prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"nın 16-cı hissəsinə əsasən "Test imtahanının və ya müsahibənin nəticələri ilə razı olmayan namizəd həmin nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən 5 günü müddətində Komissiya tərəfindən təşkil edilmiş apelyasiya komissiyasına şikayət verə bilər) istifadə edərək apellyasiya şikayəti ilə Komissiyaya müraciət etmişdir. Yalnız bir namizədin şikayəti təmin olunmuşdur.

Müsahibədə iştirak etmək hüququ olan 1258 namizəddən 1008-i bu hüquqdan istifadə edərək müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçmişdir. Onlardan 65 nəfəri (6,45 faizi) müsahibədə iştirak etməmişdir. Müsahibədə iştirak edən 943 namizəddən 325-i (34,46 faizi) nəfəri vakant vəzifələrə uyğun bilinmişdir.

39 dövlət orqanı üzrə müsabiqədə iştirak etmiş namizədlərdən uğur əldə edən olmamışdır.

Müsahibənin nəticələri ilə razı olmayan 40 namizəd hüquqlarından istifadə edərək həmin nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi vaxtdan sonrakı 5 günü müddətində Komissiyaya apelyasiya şikayəti ilə müraciət etmişdir. 31 namizədin apelyasiya şikayəti təmin olunmamışdır. Apelyasiya şikayəti təmin olunan namizədlərdən 7-si iddia etdiyi vəzifəyə uyğun hesab edilmişdir. Apelyasiya şikayəti təmin olunan namizədlərdən ikisi ilə yeni müsahibə təşkil edilmişdir. Yeni müsahibə nəticəsində namizədlər iddia etdikləri vakant vəzifələrə uyğun bilinmişlər.

DQMK sədrinin 2008-ci il 7 fevral tarixli əmri ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları"nın 15-ci bəndinə uyğun olaraq müsahibə qrupunun üzvü namizədi bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşümüvafiq vəzifə üçün zəruri olan digər keyfiyyətlər üzrə beşballı qiymət sistemi üzrə qiymətləndirir. Müsabiqənin müsahibə mərhələsində qrup üzvlərinin namizəd barəsində verdiyi ümumi ballar arasında əhəmiyyətli fərq

(4 və daha çox bal) olduqdaya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda Komissiyanın sədri tərəfindən müsahibənin nəticəsi ləğv edilə bilər. Qaydaların bu tələbinə uyğun olaraq iki müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı müsahibə qrupu üzvlərinin verdiyi ballarda əhəmiyyətli fərq yarandığından müsahibənin nəticəsi ləğv edilmişyeni müsahibə keçirilmişdir. Yeni müsahibə nəticəsində hər iki namizəd iddia etdiyi vakant vəzifəyə uyğun bilinmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 5 aprel.- S. 6.