Azərbaycan-Çexiya sənədləri imzalanmışdır

 

Aprelin 5-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çexiya Respublikasının Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olmuşdur.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının regional inkişaf naziri Kamil Yankovski imzaladılar.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının mədəniyyət naziri Alena Hanakova imzaladılar.

"Milli Azərbaycan Tarixi Muzeyinin və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Çexiya Respublikasında səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Muzeyinin direktoru Mixal Lukeş imzaladılar.

"M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Çexiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumu"nu Azərbaycan Respublikasının Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Kitabxanasının baş direktoru Tomaş Böhm imzaladılar.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 2.