Azərbaycan
Prezidenti İlham Əliyevin Çexiya Parlamenti Deputatlar
Palatasının sədri xanım Miroslava Nemtsova ilə
görüşü
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bazanın olduğu vurğulandı.
Azərbaycan ilə Çexiya arasında Avropa Parlamenti strukturları çərçivəsində, eləcə də Azərbaycan-Avropa İttifaqı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olundu. Parlamentlərarası dostluq qruplarının bu əlaqələrin genişlənməsində rolunun vurğulandığı görüşdə hər iki ölkənin qanunverici orqanlarının bu münasibətlərin inkişafına töhfə verdiyi bildirildi.
Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının Fəxri qonaqlar kitabını imzaladı.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 6 aprel.- S. 3.