Azərbaycan bələdiyyələrlə bağlı Avropa Xartiyasının tələblərini yerinə yetirir

 

 Aprelin 5-də ölkəmizdə səfərdə olan Avropa Şurası YerliRegional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra önəm verdiyi məsələlərdən biri yerli demokratiyanın inkişafıdır. Bu məsələ ölkə Konstitusiyasında xüsusi bölmə kimi təsbit olunub: "İki il əvvəl referendumla Konstitusiyaya  əlavə və dəyişikliklər edilən zaman bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair müddəa da yer alıb. Yerli özünüidarəetmə - bələdiyyələrlə bağlı xeyli görülüb, müxtəlif qanunlar qəbul olunub. Bu istiqamətdə Avropa Xartiyasının tələblərinin yerinə yetirilməsi sahəsində də müvafiq addımlar atılır".

Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırıb ki, bələdiyyələrin müstəqilliyinin təmin olunması ilə yanaşı onların digər təşkilatlarla əlaqələrinin genişləndirilməsinə də imkanlar yaradılır.

Sonuncu dəfə 2003-cü ildə ölkəmizdə olduğunu deyən nümayəndə heyətinin rəhbəri xanım Qudrun Mosle-Mörnström isə bildirib ki, səfərdə məqsəd yerli özünüidarəetmə sahəsində mövcud hüquqi baza ilə maraqlanmaqbu istiqamətdə verilən tövsiyələrin necə yerinə yetirilməsi ilə tanış olmaqdır. Onun sözlərinə görə, bununla əlaqədar bir sıra hökumət və qeyri-hökumət təşkilatlarında görüşlər keçirəcəklər.

Sonda hesabat hazırlanacaq və iyun ayında monitorinq komitəsinə veriləcək. Monitorinq komitəsində müzakirələrdən sonra oktyabr ayında hesabat qurumun sessiyasında qəbul olunacaq.

 

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 4.