Abdullah GÜL: Türkiyə Dağlıq Qarabağda qardaşlarımız yurd-yuvalarından didərgin salındığı vaxt susmadığı kimi, bu gün də ərəb dünyasında baş verənlərə biganə qala bilməz

 

Türkiyə Prezidenti Abdullah Gül Hərbi Akademiya müdavimləri ilə toplantıdakı nitqində bildirmişdir ki, Türkiyənin Qafqaz, Balkanlar, Yaxın Şərq və Orta Asiyadakı xalqlarla qədim qardaşlıq və əqrəbalıq əlaqələri mövcuddur.

İstanbulAnadolunun bu bölgələrdəki xalqlar üçün ortaq Vətən olduğunu da dilə gətirən A.Gül demişdir ki, Türkiyə Dağlıq Qarabağda qardaşlarımız yurd-yuvalarından didərgin salındığı vaxt susmadığı kimi, bu gün də ərəb dünyasında baş verənlərə biganə qala bilməz.

Prezident demişdir ki, gələcəyə nikbin baxışlara rəğmən, bölgədə hələ də böyük risk və təhlükələr mövcuddur. Yerləşdiyimiz coğrafiyanı ərəb ölkələri və İranda baş verənlərin fonunda yeni "soyuq müharibə" məkanına çevirmək səyləri də vardır. Belə bir şəraitdə Türkiyənin daha fəal aktor kimi səylərini artırması, xüsusilə diplomatiya sahəsində bütün imkanlardan istifadə olunmasına töhfə verməsi zəruridir. Ankara həm diplomatik fəallığı, həm də ordunun hazırlıq səviyyəsinin gücləndirilməsini sürətləndirməlidir.

 

 Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 4.