Almaniya Beynəlxalq
Hüquq Əməkdaşlığı Fondunun mütəxəssisləri
Penitensiar Xidmətin əməkdaşları üçün
seminar keçirmişlər
Almaniyanın Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) mütəxəssisləri Azərbaycanın Penitensiar Xidmətinin əməkdaşları üçün seminar-treninq keçirmişlər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, İRZ 2010-cu ildən etibarən Azərbaycanda aparılan məhkəmə və hüquq islahatlarına dəstək məqsədilə müxtəlif layihələr həyata keçirir.
Əvvəlcə cəzaçəkmə müəssisələrinin rəisləri üçün "Cəzaçəkmə müəssisələrində məhkumların idarə edilməsinin təşkili" və "Həbsxana tipli müəssisələrdə cəzanın icrasının təşkili" mövzularında seminarlar təşkil olunmuşdur. Tədbirdə ekspert qismində Almaniyanın Bruksal şəhərindəki həbsxananın rəisi Tomas Müller, bu ölkənin Nordrayn-Vestfallen əyalətinin Penitensiar Xidmətinin istefada olan vitse-prezidenti Linhard Dreger və İRZ-in Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli iştirak etmişlər.
Aprelin 4-də isə cəzaçəkmə
müəssisələri rəislərinin tərbiyə
işləri üzrə müavinləri üçün
"Məhkumların vaxtından əvvəl azad olunmasına
hazırlıq işlərinin aparılması"
mövzusunda treninq keçirilmişdir.
Azərbaycan.- 2012.- 6 aprel.- S. 4.