Bakı Dövlət Universiteti
ilə Türkiyənin
Ankara Universiteti arasında
memorandum imzalanmışdır
Aprelin 5-də Bakı Dövlət
Universiteti (BDU) ilə
Türkiyənin Ankara Universiteti
arasında birgə bakalavr səviyyəsində
hüquqşünas hazırlığı
sahəsində hüquq
təhsili, ikili diplomların verilməsi barəsində memorandum imzalanmışdır.
AzərTAc xəbər verir
ki, BDU-da keçirilən imzalanma mərasimində bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
bir il əvvəl
iki universitet arasında birgə elmi əməkdaşlığa
dair protokolun imzalanmasından, bu sənəd çərçivəsində
ölkəmizdə hüquq
elminin inkişaf etdirilməsi və hüquqşünas kadrların
hazırlıq səviyyəsinin
daha da artırılmasının
təmin edilməsi məqsədi ilə görülən işlərdən
danışmışdır.
Rektor demişdir
ki, bu tədris
ilindən başlayaraq
universitetlərin hərəsindən
30 nəfər ikili diplom almaq üçün
birinci kursa qəbul ediləcəklər. Onlar Azərbaycanın
və Türkiyənin
ikili diplomlarını
alacaqlar və həmin diplomlar hər iki ölkədə
qəbul ediləcəkdir.
Tədris prosesi BDU-da
türk və Azərbaycan dillərində,
Avropa Kredit Transfer Sisteminə uyğun olaraq aparılacaqdır.
Gələcəkdə tələbələrin sayının artırılacağı,
bu prosesin davamı kimi, magistratura və doktorantura pillələrində
kadr hazırlığı
baxımından elmi əməkdaşlığın qurulacağı diqqətə
çatdırılmışdır.
Azərbaycan ilə Türkiyənin
qardaşlıq münasibətlərinin
əhəmiyyətini vurğulayan
A.Məhərrəmov memorandumun
imzalanmasını iki
ölkə arasında
elm və təhsil əlaqələrinin
inkişafına mühüm
töhfə olduğunu
bildirmişdir.
Ankara Universitetinin prorektoru,
professor Arqun Karacabəy iki
ölkənin ali təhsil müəssisələri
arasında əlaqələrin
genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış,
təmsil etdiyi ali məktəblə BDU-nun əməkdaşlığının
hər iki tərəf üçün
faydalı və səmərəli olacağına
əminliyini bildirmişdir.
Sonra memorandum imzalanmışdır.
Sənədi BDU-nun rektoru A.Məhərrəmov
və Ankara Universitetinin
prorektoru A.Karacabəy
imzalamışlar.
Memorandumda birgə elmi konfransların keçirilməsi, elmi
tədqiqatların aparılması,
təcrübə mübadiləsi,
ikili diplom proqramı çərçivəsində tədbirlərin təşkili
və digər məsələlər nəzərdə
tutulur.
Sonda qonaqlar
BDU-nun binasını gəzmiş,
Heydər Əliyev Muzeyində, Elektron Tədris Mərkəzində,
elmi-tədqiqat laboratoriyalarında
olmuş, universitetin hüquq fakültəsinin
müəllim və tələbələri ilə
fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2012.- 6 aprel.- S. 4.