Dövlətin idmana daimi qayğısı beynəlxalq yarışlarda uğurları şərtləndirir

 

2012-ci il “İdman ili”dir

 

İdman təkcə uğurlu nəticələr əldə etmək, fəxri kürsüyə qalxmaq, zirvələri fəth etmək imkanı yaradan vasitə deyil. O, eyni zamanda, hər bir uşaq, yeniyetmə və gənc üçün ilk növbədə fiziki-mənəvi sağlamlıq, qüvvə deməkdir. Tarix boyu insanlarda vətənə məhəbbət, milli qürur hissləri aşılayan idman güclü təsir imkanına malik olmaqla dövlətin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında mühüm rol oynayan təbliğati-siyasi vasitədir.

Azərbaycanda da idmanın zəngin tarixi var. Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində gənc idmançıların yaşayış səviyyəsi təlim-məşq şəraiti ildən-ilə yaxşılaşdırılmışdır. Xatırlatmaq lazımdır ki, 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi bacarıqlı təşkilatçının seçilməsi dövlətin idman gənclər siyasətinin yeni şəraitdə gerçəkləşdirilməsi üçün geniş imkanlar açmışdır.

Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir sıra  sərəncamlar imzalamışdır. Dövlət başçısı gənclərin cəmiyyətdə rolunu həmişə yüksək dəyərləndirmiş, onların dövlət müstəqilliyinin möhkəmləndirilməsində yaxından iştirak etdiyini böyük qürur hissi ilə qeyd etmiş, gənc nəslin ictimai həyatın bütün sahələrində yüksək fəallıq göstərdiyini, dövlət quruculuğu prosesində yaxından iştirak etdiyini bildirmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, müstəqilik illərində gənclər ölkənin idman şöhrətini yüksəklərə qaldırmış, vətənimizin beynəlxalq aləmdə tanıdılması prosesinə sanballı töhfələr vermişlər. Dövlət başçısı idmanın gənclər arasında kütləviləşməsinin həm onların sağlamlığı vətənpərvərlik ruhunun yüksəlməsi, həm ölkənin müsbət imicinin formalaşması baxımından son dərəcə əhəmiyyətli olduğunu nəzərə çarpdırmışdır. Cənab İlham Əliyev idmançı gənclərin beynəlxalq turnirlərdə qazandıqları uğurlarla Azərbaycan xalqını ürəkdən sevindirdiyini böyük qürur hissi ilə qeyd etmişdir. Dövlət başçısının 2012-ci ili "İdman ili" elan etməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.

Cənab İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Regionlarda Olimpiya idman kompleksləri digər idman qurğuları tikilib istifadəyə verilmişdir. Hər bir idman növünün inkişafı naminə məqsədyönlü işlər görülmüşdür.

İdmanın ən populyar növü, şübhəsiz ki, futboldur. Futbol həqiqətən, böyük təsir gücünə malikdir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu oyunun zəngin tarixi ənənələri var. Keçən əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər hakimlər yetişmişdir. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan futbolu əvvəlki şöhrətini itirmiş, bu idman növünə maraq azalmağa başlamışdır.

Futbol klublarının bazalarının acınacaqlı vəziyyəti, uşaq-yeniyetmə futbol məktəblərinin maddi-texniki bazalarının aşağı səviyyədə olması, ixtisaslı məşqçi müəllimlərin çatışmazlığı futbolun inkişafına futbolçu hazırlanmasına mənfi təsir göstərirdi. Bütün bunlar isə təxirəsalınmaz tədbirlərin görülməsini, uşaq-yeniyetmə gənclər arasında futbola marağın canlandırılmasını, futbol infrastrukturunun yenidən qurulmasını tələb edirdi. Bu baxımdan Prezident İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" bu idman növünün inkişafında yeni mərhələ açdı.

Proqramın qəbulundan sonra ötən müddət ərzində ölkəmizdə bu sahənin inkişafı istiqamətində xeyli görülmüşdür. Artıq ölkə çempionatında mübarizə aparan klubların maddi-texniki bazaları yaxşılaşdırılmış, komandaların tərkibində alt qrupları yaradılmış uşaq futboluna diqqət  artmışdır.

Belə klublardan biri "Neftçi"dir. Son illər klub ölkə çempionatında lider mövqeyini bərpa etmiş, səviyyəli əcnəbi futbolçular transfer olunmuş, uşaq-gənclər futboluna qayğı artmış, dünyanın tanınmış futbol klubları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu işlərin məntiqi nəticəsi olaraq "Neftçi" Avropa Klublar Assosiasiyasının (ECA) tamhüquqlu üzvü seçilmişdir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da futbolun inkişafına böyük töhfə verir. Milli futbol təşkilatı məqsədyönlü fəaliyyəti ilə futbolun kütləviliyinin təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Ötən ilin iyun ayında ölkə futbolunun 100 illik yubileyi təmtəraqlı şəkildə qeyd olunmuşdur. Həmin gün idmanımızın tarixində əlamətdar gün kimi yadda qalmışdır. Paytaxtda möhtəşəm stadionun - Bakı Olimpiya stadionunun təməli qoyuldu. Prezident İlham Əliyevin iştirak etdiyi tədbir dövlətin idmana qayğı dəstəyinin əyani təzahürü idi. İki-üç il ərzində tikilib istifadəyə veriləcək stadion ölkədə ən böyük, ən müasir futbol arenası olacaq. 65 min tamaşaçı üçün nəzərdə tutulan bütün beynəlxalq standartlara cavab verən Olimpiya stadionu nəinki Azərbaycanın, həm Cənubi Qafqazın ən möhtəşəm stadionu olacaq. Stadionun təməlqoyma mərasimində FİFA UEFA-nın rəhbərlərinin iştirak etməsi təqdirəlayiq hal idi. Preizdent İlham Əliyev mərasimdə çıxış edərkən demişdir: "Stadionun tikilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti futbolun inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da çalışacağıq ki, biz addımlarımızla futbolun inkişafına töhfə verək. Ancaq əlbəttə ki, bizim ictimaiyyət futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar qələbələr gözləyirlər. Bu bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən bundan sonra görüləcək işlər, xüsusilə, gənc futbolçularımızın yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol sevinci bəxş edəcəklər".

Biz, futbolçular qarşımıza qoyulmuş vəzifənin məsuliyyətini dərk edir futbolumuzun beynəlxalq miqyasda tanınması naminə səylərimizi artırırıq. Çalışırıq ki, həm klub, həm milli komanda səviyyəsində yeni-yeni nailiyyətlərə imza ataq.

 

 

Ruslan ABIŞOV,

milli komandanın

"Neftçi" klubunun futbolçusu

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 6.