İlk
addımlar
Gəncənin Kəpəz televiziyasında "Difai" və "Difai hamisi" adlı sənədli-bədii və tarixi araşdırma filmi istehsal olunub. "Difai" (müdafiə) tanınmış ictimai xadim Əhməd bəy Ağaoğlu tərəfindən yaradılan eyniadlı partiyanın fəaliyyətindən bəhs edir. Bəllidir ki, "Difai" ötən əsrin əvvəllərində Azərbaycanın müxtəlif qəzalarında qırğınlar törədən erməni "Daşnaksütyun" terror firqəsindən və onları silahlandıran qüvvələrdən xalqı müdafiə məqsədilə yaradılmışdı.
Bu qeyrət-qisas partiyasının fəaliyyəti dövründə xalqın milli şüurunun oyadılması, daxili və xarici düşmənlərdən qisas alınması sahəsində xeyli iş görülmüşdür. "Difai hamisi" adlı ikinci filmdə isə həmin partiyanın Gəncə şöbəsinin rəhbərlərindən biri, Gəncə məscidinin axundu Şeyxülislam Məhəmməd Pişnamazzadənin həyat və yaradıcılıq yolundan bəhs edilir.
Hər iki filmin ərsəyə gəlməsində əsas məqsəd tarixi şəxsiyyətlərimizin, elm adamlarının və nüfuz sahiblərinin keçdikləri gərgin və qeyrətli həyat yolunu obrazlı şəkildə, konkret faktlarla yaxından tanıtmaqdan, onların ideyalarını təbliğ etməkdən ibarətdir.
Filmlərdə Gəncə Dövlət Dram
Teatrının aktyorları və həvəskar aktyorlar
çəkiliblər. Hər iki filmin müəllifi və
aparıcısı Ayaz Əbülfəzoğlu, rejissoru
Çinarə Əliyevadır.
Azərbaycan.- 2012.- 6 aprel.- S. 6.