Ağdamda uşaq musiqi və ümumtəhsil məktəbləri xor kollektivləri müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

 

 Ağdamda uşaq musiqi və ümumtəhsil məktəblərinin xor kollektivlərinin rayon müsabiqəsi keçirilmişdir.

Müsabiqənin məqsədi xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin genişləndirilməsidir.

AzərTAc xəbər verir ki, müsabiqənin birinci mərhələsində 17 ümumtəhsil, 8 uşaq musiqi məktəbinin xor kollektivləri iştirak etmişlər.

Quzanlı mədəniyyət evində keçirilən yekun mərhələdə ikinci tura vəsiqə almış xor kollektivlərinin çıxışları dinlənilmişdir.

Xor kollektivləri müxtəlif xarakterli əsərləri, o cümlədən dünya musiqi nümunələrini, Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa etmişlər.

 Birinci, ikinciüçüncü yerlərə müvafiq olaraq Qaradağlı, Qiyaslı və Xındırıstan kənd uşaq musiqi məktəblərinin xor kollektivləri layiq görülmüşdür.

Yekunda çıxış edən rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov qalib kollektivləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Fərqlənən xor kollektivləri rayon icra hakimiyyətinin diplompul mükafatları ilə təltif olunmuşlar.

 

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 8.