ATƏT gənclər üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniyanın təşkili mövzusunda təlim keçirir

 

 Aprelin 5-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə gənc siyasi fəallar üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniya mövzusunda dördgünlük təlim öz işinə başlamışdır.

ATƏT-in Bakı ofisindən AzərTAc-a bildirmişlər ki, müxtəlif siyasi partiyalardan 30-a yaxın gənc nümayəndə demokratik təsisatların qurulmasını analiz edəcək, siyasi kampaniyalara dair mütərəqqi beynəlxalq təcrübələri bölüşəcəkdir.

Bu təlimin məqsədi yeni nəsli Azərbaycanın gələcək inkişafında və formalaşmasında fəal iştirak etmək üçün zəruri olan bacarıqlarla təmin etməkdir.

Gənclər, həmçinin seçki dairələrində qruplarla düzgün işləməyi öyrənəcək və qadınların siyasətdə rolunu müzakirə edəcəklər. Tədbir zamanı siyasi partiyaların gənc nümayəndələri ATƏT-in müvafiq öhdəlikləri haqqında da məlumatlandırılacaqdır.

Təlim çərçivəsində siyasi kampaniyaların əhəmiyyəti və ümumi mənzərəsi, eləcə də ictimaiyyətlə əlaqələrin qurulmasına dair praktik seminarlar aparılacaqdır. Qadınların siyasətdə roluimicin formalaşdırılması məsələlərinə də xüsusi sessiyalar həsr olunacaqdır.

 

 

Azərbaycan.- 2012.- 6 aprel.- S. 8.