Nazirlər Kabineti yeni qərarlar qəbul
etmişdir
"Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamının 2.3-cü bəndinə əsasən və Maliyyə Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" özünün 2006-cı il 25 oktyabr tarixli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul etmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" özünün 2009-cu il 12 yanvar tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" özünün 2011-ci il 14 iyun tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Bu qərarlar aprelin 5-dən - imzalandıqları gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin
www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın
www.azertag.com internet resursunda
tanış olmaq mümkündür.
***
Azərbaycan Respublikasının Nazirlər Kabineti aprelin 6-da "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında" qərar qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, 2012-ci il yanvarın 1-dən etibarən qüvvəyə minmiş bu qərara əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsi müddəti 2013-cü il yanvarın 1-dək uzadılmışdır.
Həmin qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə məcburi köçkünlərin müvafiq boş iş yerlərində işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 7 aprel.- S. 3.