Akademik Arif Paşayevə Mühəndislik şöhrəti ordeni təqdim olunmuşdur

 

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik ümumi yığıncağı keçirilmişdir. Akademiyanın prezidenti, akademik Arif Paşayev tədbirdə çıxış etmişdir.

Yığıncaqda bir il ərzində akademiyada görülmüş işlər və perspektiv məsələlər müzakirə edilmişdir. Mühəndislik Akademiyasının nəzdində yaradılacaq Texnoparkın konsepsiyası və inkişaf modeli haqqında da müzakirə aparılmışdır. Akademiklər Yaqub Eyyubov, Havar Məmmədov, İsmayıl Sadıqov və Əbülfəz Babayevin iştirak etdikləri müzakirələrdən sonra müvafiq qərar qəbul olunmuşdur.

Yığıncaqda Azərbaycandan Beynəlxalq Mühəndislik Akademiyasına (BMA) həqiqi üzv seçilmiş akademik Əli Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədovaya, müxbir üzvlər Qərib Məmmədov, Rövnəq Abdullayev və Ədalət Səmədova diplomlar verilmişdir.

Sonra akademiyanın üzvlərinə orden  medallar təqdim edilmişdir.

Akademiyanın prezidenti, akademik Arif Paşayevə MDB və uzaq xarici ölkələrin elmi və mühəndis-texniki cəmiyyətlərinin birləşməsində, mühəndislik elminin və təcrübəsinin inkişafındakı xüsusi xidmətlərinə görə akademiyanın ən ali mükafatı - "Mühəndislik şöhrəti" ordeni təqdim olunmuşdur.

Əhəd Canəhmədov  BMA-nın "Böyük qızıl", Arif MehdiyevHavar Məmmədov "Mühəndislik rəşadəti", Natiq Cavadov  Hüseynqulu Bağırov isə "Mühəndislik şöhrəti" medalları ilə təltif edilmişlər. "Beynəlxalq Mühəndislik Akademiyasının XX illik yubileyi" qızıl medalı isə Arif Paşayev, Əli Abbasov, Yaqub Eyyubov, Mürsəl Əliyev, Gülçöhrə Məmmədova, Arif Quliyev və Məmmədkərim Quliyevə təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 4.