Moskvada müğənni və bəstəkar
EMİN-in solo konserti və onun ikinci beynəlxalq albomunun
təqdimatı anşlaqla keçmişdir
Moskvanın "İzvestiya Holl" konsert salonunda istedadlı Azərbaycan müğənnisi və bəstəkarı Emin Ağalarovun (EMİN) möhtəşəm solo konserti olmuşdur.
Təkcə Rusiya
tamaşaçısını deyil, həm
də Avropa auditoriyasını fəth etmiş, öz mahnılarının müəllifi olan populyar ifaçı
"After The Thunder" adlı yeni albomunu, yeni "Heart Keeps Beating"
sinqlini və onun rusdilli versiyasını ("Ürək döyünür") təqdim etmişdir.
Bundan əlavə,
Emin alboma daxil olan
"Baby Get Higher", "Never
Enough", "Walk Through Walls", "Dead Roses" və "Ürək döyünür" mahnılarını
ifa etmişdir.
Tamaşaçılar onun repertuarındakı rus dilində "Ürək
döyünür" adlı
ilk mahnısını gurultulu
alqışlarla qarşılamışlar.
Məlumdur ki, bəstəkar
öz mahnılarını
ingilis dilində yazıb ifa edir. EMİN karyerası ərzində
ilk dəfə mahnısını
təkcə ingilis dilində deyil, həm də rus dilində yazmışdır.
EMİN AzərTAc-ın müxbirinə
müsahibəsində demişdir:
"Mahnının mətnini
tərcümə etmək
üçün çalışmalı
olduq. Hər iki versiyanın mətni tamamilə fərqli oldu. Çox şadam ki, nəhayət, rus dilində mahnı yaza bildim. Yəqin ki, Rusiyada bir
çoxları mənim
əcnəbi olduğumu
düşünürdülər!"
Müğənninin fikrincə, "Albom çox maraqlı alınmışdır. Elə
bir albom alınmışdır ki, bu
günədək belə
albomum olmamışdır. Bu, musiqi
karyeramda altıncı
albomumdur. Ona 12-13 kompozisiya
daxildir. Bunların 11-ni özüm, qalanlarını
başqa müəlliflər
yazmışdır. Albom çox
şux alınmışdır. Bura adəti üzrə balladalar deyil, xeyli
oynaq mahnı daxildir. Yəqin ki, istənilən musiqiçinin hər yeni
albomu ona indiyədək ərsəyə gətirdiyi
ən yaxşı iş təsiri bağışlayır. Ola bilsin,
növbəti albomum işıq üzü görəndə mən
öz fikrimi dəyişəcəyəm".
Konsert proqramında, həmçinin
EMİN-in ifasında özünün
müəllimi saydığı
tanınmış Azərbaycan
müğənnisi, SSRİ xalq artisti Müslüm
Maqomayevin "Mavi əbədiyyət" mahnısı
səslənmişdir. EMİN-in
ifasında bu mahnı gurultulu alqışlarla qarşılanmışdır.
Bir sözlə, o, həm artıq sevilən
hitləri, həm də yeni albomundakı kompozisiyaları ilə tələbkar tamaşaçıları
növbəti dəfə
təəccübləndirmişdir.
"Heart
Keeps Beating" trekinin prodüseri
yenə də müğənninin "Wonder" birinci beynəlxalq albomunun prodüseri, Enrike İqlesias, Britni Spirs, Tina Törner, Andrea Boçelli
və başqa superulduzlarla işləmiş
Brayan Roulinq olmuşdur. Bu kompozisiya
EMİN-in "After The Thunder" adlanan ikinci albomuna daxil edilmişdir. Kompozisiyanın
təqdimatı bu
yaz Böyük Britaniya, Almaniya və Avropanın digər ölkələrində
keçiriləcəkdir.
Qeyd edək ki,
EMİN bu il Bakıda
"Eurovision-2012" beynəlxalq müsabiqəsini
açacaqdır.
Azərbaycan.- 2012.- 7 aprel.- S. 5.