YARAT! müasir incəsənət məkanı təşkilatının məqsədi müasir Azərbaycan incəsənətinin ölkə daxilində və xaricində inkişaf etdirilməsidir

 

 "012 Bakı Public Art Festivalı" çərçivəsində Faiq Əhmədin təqdim olunan layihəsinin konsepsiyası  "Xarici şəhər" - "İçərişəhər" qarşıdurması ilə əlaqədardır. Lakin məsələ burasındadır ki, hələ 19-cu əsrin əvvəllərində buna bənzər qarşıdurma mövcud olmamışdır. O zaman "Daxili şəhər" anlayışı yox idi. Yalnız həmin bu "Daxili şəhər" var idi və digəri sadəcə, mövcud deyildi.

Bu sözləri AzərTAc-a müsahibəsində "YARAT!" müasir incəsənət məkanı" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova demişdir. Bildirmişdir ki, artıq 19-cu əsrin ortalarından Bakıda "neft bumu" başlayan zaman şəhər xaricdən hədsiz dərəcədə genişlənərək tezliklə qala divarları hüdudlarından kənardakı əraziləri əhatə etməyə başlamışdı. Bununla yanaşı, yalnız sənaye və iqtisadiyyat deyil, həm də şəhər əhalisi də artaraq inkişaf edirdi. Beləliklə, əsər genişlənmə dinamikasını, müəyyən olunmuş sərhəddən kənara çıxma niyyətini və "daxildən" "xaricə" doğru sürətli sıçrayışı təcəssüm edir.

A.Mahmudova nəzərə çarpdırmışdır ki, "Public Art" terminindən məlum olduğu kimi, təqdim olunan işləri istənilən auditoriyanın görməsi mümkündür. Muzeyə, qalereyaya getməyən insanlar işlərlə tanış ola bilərlər. Məhz bunun hesabına biz müasir incəsənətə daha çox maraq oyatmaq fikrindəyik. Nümayiş olunan əsərləri indi görən adamlar gələcəkdə bu sahə ilə maraqlana bilərlər. Bizdə istedadlı rəssamlar çoxdur. Həmçinin istedadlı gənclərdə rəssam kimi inkişaf stimulu olar, nəinki hansısa kommersiya xarakterli fəaliyyətə istiqamətlənmək. 

Builki festivalın mövzusunun Bakı olduğunu söyləyən A.Mahmudova növbəti illərdə də festivalın keçirilməsinin nəzərdə tutulduğunu, lakin mövzunun başqa olacağını qeyd etmişdir. 2011-ci ildə yaradılmış "YARAT!" müasir incəsənət məkanı" təşkilatının məqsədi müasir Azərbaycan incəsənətinin ölkə daxilində və xaricində inkişaf etdirilməsidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 aprel.- S. 5.