İ.Ə.Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə və 130-cu maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

İsa Əli oğlu Nəcəfov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilsin.

 

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 6 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 1.