Budapeştdə
Azərbaycan və Macarıstan arasında təhsil sahəsində
əməkdaşlığın perspektivləri müzakirə
olunmuşdur
Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) "Mən gənc səfirəm" devizi altında keçirilən ikinci konfransı çərçivəsində Azərbaycan ilə Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
AzərTAc xəbər verir ki, görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğıdan danışmışdır. Ölkəmizin təhsil sistemində əldə edilən uğurlardan danışan nazir gələcəkdə azərbaycanlı tələbələrin Macarıstanda təhsil almasının əhəmiyyətini vurğulamışdır.
Görüşdə Macarıstanın müxtəlif
ali təhsil ocaqları barədə məlumat
verilmişdir. Vurğulanmışdır ki, iki ölkə
arasındakı münasibətlərin yüksək səviyyədə
olması təhsil sahəsində də əməkdaşlığın
genişlənməsinə və əlaqələrin dərinləşməsinə
böyük töhfə verəcəkdir.
Azərbaycan.- 2012.- 8 aprel.- S. 4.