Elnur Aslanov: “Biz bu
mübarizə və təbliğatı Dağlıq
Qarabağın son qarışı erməni
işğalından azad olunana
qədər davam etdirəcəyik”
"Dağlıq Qarabağ problemi ilə bağlı təbliğatın aparılması Azərbaycanın hər bir vətəndaşının, o cümlədən xaricdə təhsil alan tələbələrin də borcudur".
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov Budapeştdə keçirilən "Mən gənc səfirəm" ASAİF Forumunda çıxışı zamanı deyib.
O, Azərbaycanın münaqişənin həllinə
dair mövqeyini
açıqlayıb: "Azərbaycanın qəbul etdiyi yeganə norma bundan ibarətdir ki, biz bu təbliğat və
mübarizəni Dağlıq Qarabağın son
qarışı erməni işğalından azad
olunana qədər davam
etdirəcəyik. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan
torpağı olaraq da
qalacaq. Bu həqiqət
heç bir halda dəyişməyəcək. Bu ədalətin bərpa olunması üçün mübarizəmizdən heç bir zaman əl çəkməyəcəyik. Biz sülhsevər mübarizə
aparırıq. Bu mübarizəni
torpağımız uğrunda
aparırıq və dünya bu cür bilməli və
qəbul etməlidir. Biz istəyirik ki, torpaqlarımız insanların qanı
tökülmədən azad olunsun. Nə biz tərəfdən,
nə də qarşı tərəfdən itkilər
olmasın. Ona görə də Azərbaycan
illərdir ki, davamlı olaraq
özünün sülhsevər siyasətinə
sadiq qalır. Amma hər
zaman belə davam etməyəcək.
Biz növbəti forumlarımızı Qarabağda, Şuşada,
Xankəndidə keçirə bilməsək, o
zaman bu yol fərqli olacaq. O zaman bu yol
Ali Baş
Komandanın əmrindən keçəcək. O zaman siz gənclər bu əmrin icraçısı
olmalısınız".
Azərbaycan.- 2012.- 8 aprel.- S. 4.