Bakıda keçirilən VI Beynəlxalq layihə olimpiadasının qalibləri qızıl, gümüşbürünc medallarla mükafatlandırılmışlar

 

 Aprelin 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Ətraf mühitin mühafizəsi" VI Beynəlxalq layihə olimpiadasının ("İnepo-Avrasiya") qalibləri mükafatlandırılmışlar.

AzərTAc xəbər verir ki, mükafatlandırma mərasimində müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri iştirak etmişlər.

Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi, Təşkilat Komitəsinin sədri Arif Gömləksiz dahi şəxsiyyət Heydər Əliyevin ekologiya, ətraf mühitin mühafizəsi məsələlərinə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Beynəlxalq olimpiada barədə məlumat verən A.Gömləksiz bildirmişdir ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai TeleviziyaRadio Yayımları Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti və "İnepo - Avrasiya" Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 42 ölkəsindən (Azərbaycan, Türkiyə, Gürcüstan, İndoneziya, Litva, Tailand, Laos, Pakistan, Qazaxıstan Malayziya, Böyük Britaniya, Rusiya, Polşa, Ukrayna, Türkmənistan, Rumıniya və s.) 400-dək məktəbli qatılmışdır.

Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda mövcud olan ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, ekoloji bilikləri inkişaf etdirməkdən ibarətdir.     

İştirakçıların təqdim etdikləri layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, qaliblər müəyyənləşdirilmişdir.

Yekun nəticəyə əsasən, ayrı-ayrı kateqoriyalar üzrə I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar isə bürünc medallara layiq görülmüşlər.

Sonra qaliblərə mükafatlar təqdim edilmişdir.

Medalçılar arasında azərbaycanlı və türkiyəli məktəblilər çoxluq təşkil etmişlər.

Təhsil nazirinin müavini Qulu Novruzov Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ekoloji problemlərin həllinə, ətraf mühitin qorunması məsələlərinə daim xüsusi əhəmiyyət verdiklərini xatırlatmışdır.

Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan Q.Novruzov Azərbaycanın dinamik inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini diqqətə çatdırmışdır.

Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç öz ölkəsi ilə Azərbaycanın tarixi əlaqələrindən bəhs etmiş, münasibətlərimizin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışdır.

"Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etdiyini xatırlatmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və digər natiqlər də beynəlxalq olimpiadanın əhəmiyyətindən danışmış, Yer üzündə təbiətin, ətraf mühitin mühafizəsinin zəruriliyini vurğulamış, qaliblərə yeni nailiyyətlər arzulamışlar.

 

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 4.