Lənkəran Şəhər-Rayon Polis Şöbəsi yeni inzibati bina ilə təmin olunmuşdur

 

Aprelin 6-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni inzibati binasının açılışı olmuşdur.

Tədbirdə iştirak edən daxili işlər naziri  Ramil Usubova məlumat verilmişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3316 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventarkommunikasiyalarla təchiz edilmişdir. Binada 58 xidməti otaq, 95 yerlik akt zalı vardır. Havalandırma, mərkəzi istilik sistemiqazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir. İnzibati binada qeydiyyat və şəxsiyyət vəsiqəsi, dövlət yol polisi  bölmələri, növbətçi hissə və digər xidməti otaqlar yaradılmışdır.  

General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, müvəqqəti  saxlama təcridxanasına baxmış, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxilixarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olmuşdur. Görülən işləri yüksək qiymətləndirən nazir şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirmiş, tövsiyələrini vermişdir.

Daha sonra daxili işlər naziri yeni inzibati binanın akt zalında şəxsi heyətlə görüşmüşdür.

R.Usubov xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminindəki rolunu hər zaman yüksək  qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyionun yerli qurumları müasir tələblərə cavab verən texnikixüsusi  vasitələrlə təmin olunmuş, , həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar polis əməkdaşlarının daha yaxşı işləməyə ruhlandırır, eyni zamanda, vətəndaşların rahatlığına xidmət edir.

General-polkovnik Ramil Usubov Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə gedən böyük quruculuq işlərinin Lənkərandan da yan keçmədiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icrası nəticəsində bu rayonun simasının da xeyli dəyişdiyini diqqətə çatdırmışdır.

Nazir əmin olduğunu bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcəkdir.

Aprelin 7-də daxili işlər naziri Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının bir qrup sakini ilə görüşmüşdür.

Müraciətlərin operativ şəkildə həll edilməsi üçün aidiyyəti olan baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 5.