Viktor Sadovniçi: “Bakı
filialı Moskva Dövlət Universitetinin incisidir”
M.Lomonosov
adına Moskva Dövlət Universitetinin rektoru Viktor
Sadovniçi AzərTAc-a müsahibəsində demişdir:
"Bakı filialı Moskva Dövlət Universitetinin incisidir.
Mübaliğəsiz demək olar ki, MDU-nun Bakı
filialının yaradılması Rusiya-Azərbaycan münasibətlərinin
zirvəsi olmuşdur".
Tanınmış
rusiyalı alim, dünyanın nüfuzlu ali məktəblərindən
birinin rektoru Viktor Sadovniçi professor Nərgiz xanım
Paşayevanın rəhbərlik etdiyi Azərbaycan ali məktəbinin
fəaliyyətini yüksək qiymətləndirərək
xüsusi vurğulamışdır ki, MDU-nun filialları
çoxdur, lakin Bakı filialı onların arasında
seçilir.
Viktor
Sadovniçi demişdir: "Orada bizim gələcək elm
adamları hazırlanır. Mən Bakı Beynəlxalq
Humanitar Forumunun işində iştirak edərkən hiss etdim
ki, biz bir-birimizə çox lazımıq. Biz qonşuyuq, buna
görə biz bir yerdə olmalı, bir-birimizi sevməli,
bir-birimizə hörmət etməliyik. Mənim azərbaycanlı
tələbələrim və dissertantlarım çox
olmuşdur, indi də var. Biz heç vaxt bir-birimizi yad hesab etməmişik.
Düzdür, indi biz iki müstəqil dövlətin vətəndaşlarıyıq,
buna baxmayaraq, dostluğumuzu və tərəfdaşlıq
münasibətlərini qoruyub saxlaya bilmişik. Bu gün biz
diplomatik münasibətlər yaradılmasının 20
illiyini birlikdə qeyd edirik, lakin tarix təkcə bundan ibarət
deyil. Düşünürəm ki, bu tarix hələ onilliklər
boyu, yüzilliklər, minilliklər boyu davam edəcəkdir".
AzərTAc
Azərbaycan.- 2012.- 8 aprel.- S. 5.