“The Washington Times”: Azərbaycan Xocalı qətliamını unutmur

 

 ABŞ-ın "The Washington Times" qəzetinin 6 aprel tarixli nömrəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Azərbaycan Xocalı qətliamını unutmur" sərlövhəli məqalə dərc olunmuşdur.

Soyqırımı ilə bağlı şəkillərin yer aldığı məqalədə müəllif Eric Layman bildirilir ki, 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində baş vermiş müharibə zamanı Ermənistanın keçmiş SSRİ-nin hərbi birləşmələri Xocalı şəhərində qadınlar uşaqlar da daxil olmaqla, yüzlərlə etnik azərbaycanlını qətlə yetirmişlər. Ermənistan hərbçiləri Xocalını tərk etməyən yüzlərlə mülki vətəndaşı qətlə iki gün ərzində yetirmişlər.

Müəllif yazır ki, bu il 20 illiyi qeyd olunan faciənin baş verdiyi fevral ayında Azərbaycanda iqtidarın müxalifətin çiyin-çiyinə dayandığı tədbirlər yürüşlər keçirilmişdir.

Məqalədə qeyd edilir ki, Amerika inqilabının tarixi amerikalı tələbələrə öyrədildiyi kimi, Xocalı faciəsinin tarixi Azərbaycanda tələbə şagirdlərə öyrədilir.

Məqalədə faciənin şahidlərinin fikirlərinə yer verilir. Əlli yaşlı Əlövsət Qasımov deyir: "Bu, mənim üçün 20 ildir davam edən qorxulu yuxudur bu ağrı hələ məndə qalıb".

Müəllif bildirir ki, bu faciədən sağ çıxmış insanlar onların övladları Xocalıya qayıtmaq arzusu ilə yaşayırlar.

Xocalıda şəhid olmuş qardaşının şəklini göstərən 42 yaşlı məktəb direktoru Fiqurə Rüstəmova deyir: "Mən Xocalıya qayıtmaq istəyirəm. Mən istəyirəm ki, öləndə qardaşımın valideynlərimin yanında dəfn olunum".

Xocalının digər sakini Əkbər Həsənov isə deyir: "Burada həyatımız pis keçmir, ancaq biz öz doğma torpağımıza qayıtmaq istəyirik".

Qanlı qırğın zamanı yaralanmış sürücü Rafael İsmayılov belə deyir: "Mənim üçün əsas məsələ öz ata-baba yurduma qayıtmaqdır. Mən müharibənin əleyhinəyəm, lakin torpaqlarımızı güc yolu ilə geri qaytarmaq lazım gələrsə, mən hətta zədəli ayağımla sürücülük edə bilərəm".

Məqalədə deyilir ki, Azərbaycan hakimiyyəti bu məsələnin həlli istiqamətində işlərin davam etdirdiyini bəyan edir.

Müəllif ölkəmizdə gedən inkişaf proseslərinə diqqəti cəlb edir. Bildirilir ki, Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ötən səkkiz ildə ölkədə ümumi daxili məhsul üç dəfə artmışdır. Xarici borc ümumi daxili məhsulun 6 faizini təşkil edir. Adambaşına düşən milli gəlirə görə Azərbaycan regionun ən zəngin ölkəsidir.

 

 

Azərbaycan.- 2012.- 8 aprel.- S. 6.