Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında Sazişə qoşulmaq barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası "Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında" 2009-cu il mayın 22-də Astana şəhərində imzalanmış sazişə Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə qoşulsun.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2012-ci il

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 1.