“Azərbaycan Respublikası
hökuməti və Amerika Birləşmiş
Ştatları hökuməti arasında kütləvi
qırğın silahlarının yayılmasının
qarşısının alınması və müdafiə sahəsində
tədbirlər haqqında” Sazişdə dəyişikliklər
edilməsi barədə” Protokolun
təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişdə dəyişikliklər edilməsi barədə" 2011-ci il dekabrın 29-da Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2012-ci il
Azərbaycan.- 2012.- 10 aprel.- S. 1.