“Azərbaycan Respublikası
hökuməti və Bolqarıstan Respublikası hökuməti
arasında məxfi informasiyanın qarşılıqlı
mühafizəsi və mübadiləsi haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında" 2011-ci il noyabrın
14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 mart 2012-ci il
Azərbaycan.- 2012.- 10 aprel.- S. 1.