Rusiya Federal Məclisi
Federasiya Şurasının sədri Azərbaycana
rəsmi səfərə gəlmişdir
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.
Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Səfər çərçivəsində V.Matviyenkonun Azərbaycan rəsmiləri ilə
bir sıra görüşləri nəzərdə
tutulmuşdur.
Azərbaycan.- 2012.- 10 aprel.- S. 2.