Dövlətlərarası
münasibətlərin inkişafında parlamentlər mühüm rol
oynayırlar
Rusiya Federal Məclisi Federasiya Şurasının nümayəndə heyətinin Azərbaycana səfəri çox məhsuldar və effektli olacaqdır. Səfərimizin əsas məqsədi hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Bu sözləri AzərTAc-a Bakıda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko demişdir. V.Matviyenko bildirmişdir ki, dövlətlərarası münasibətlərin inkişafında parlamentlər mühüm rol oynayırlar. Qanunverici orqanların səyi nəticəsində əlaqələrimizin inkişafı üçün mühüm hüquqi baza yaradılmışdır. Bunun nəticəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq həyatın demək olar ki, bütün sahələrində inkişaf edir və biz bundan çox məmnunuq.
V.Matviyenko onu
da bildirmişdir ki, deputatlarımız Azərbaycan
Respublikası Milli Məclisinin də çox mühüm rol oynadığı MDB Parlament
Assambleyasında, eləcə də digər beynəlxalq təşkilatlarda
sıx və səmərəli əməkdaşlıq edirlər.
Hər bir ölkədə demokratik təsisatların inkişafında
parlamentlərin müstəsna xidmətləri vardır. Bu sahədə parlament
diplomatiyası xüsusi rol
oynayır. Ona görə də düşünürük
ki, parlamentlərimiz arasında əməkdaşlığı
genişləndirməli, qanunvericilik
bazasının təkmilləşməsi sahəsində təcrübə
mübadiləsi aparmalıyıq. Ölkələrimiz
arasında ən müxtəlif sahələrə dair ikitərəfli əməkdaşlığın
qanunvericilik əsaslarını təmin
etmək üçün fəaliyyətimizin
səmərəsini artırmalıyıq.
Azərbaycan.- 2012.- 10 aprel.- S. 2.