Rusiya ilə Azərbaycan
arasında əməkdaşlıq humanitar sahədə də
uğurla inkişaf edir
Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq humanitar sahədə də uğurla inkişaf edir. Ötən il Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilmiş Beynəlxalq Humanitar Forum ənənəyə çevriləcəkdir. Biz hər il belə forumlar keçirəcəyik. Çünki bu cür tədbirlər əlaqələrimizi və əməkdaşlığımızı daha da dərinləşdirməyə imkan verir.
AzərTAc xəbər verir ki, bu sözləri Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko demişdir.
Federasiya Şurasının sədri qeyd
etmişdir ki, təhsil sahəsində əməkdaşlığımız
sürətlə inkişaf edir. Hər iki ölkə
qarşısında duran əsas məsələlərdən
biri də iqtisadiyyatı innovativ inkişafa, elmi texnologiyalara
keçirməkdir. Bu işdə universitetlər mühüm
rol oynayırlar. Moskva Dövlət Universitetinin Bakı
filialı da çox böyük nüfuza malikdir. Rusiyanın
ali təhsil müəssisələrində xeyli azərbaycanlı
tələbə təhsil alır. Bu, ölkələrimiz
arasında canlı, real körpüdür. Çünki bu
gün hər iki ölkənin rəhbərliyinin
gördüyü işləri gənclərimiz davam etdirəcəklər.
Buna görə də belə əlaqələri inkişaf
etdirmək çox vacibdir.
Azərbaycan.- 2012.- 10 aprel.- S. 3.