Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu və Gəncə Apelyasiya Məhkəməsinin müraciəti ilə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsi Plenumu üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin "könüllü gəlib təqsirini boynuna alma" müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azadkönüllü surətdə (hər hansı bir psixiya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlaraya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir.

Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlaraya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan "bu Məcəllənin 59.1.9-cu və 59.1.10-cu maddələrində" müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur.

Ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan cinayətlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq olunması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin cinayət qanunvericiliyinin təkmilləşdirilməsi zamanı nəzərə alınması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 5.