Azərbaycan-Braziliya
əlaqələri yüksək səviyyədədir
Aprelin 9-da xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sergio Arruda ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfir S.Arruda etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim etmişdir.
Azərbaycan-Braziliya əlaqələrinin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edən E.Məmmədyarov diplomata fəaliyyətində uğurlar arzulamışdır.
Azərbaycanın xarici işlər naziri ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini də vurğulamışdır.
Azərbaycan ilə Braziliya arasında münasibətlərin artan templə inkişaf etdiyini qeyd edən səfir S.Arruda əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 10 aprel.- S. 5.