Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir

 

 Avronest Parlament Assambleyasının ilk sessiyasının Avropa İttifaqının hüdudlarından kənarda - Bakıda keçirilməsini Prezident İlham Əliyev parlamentimiz üçün tarixi hadisə adlandırdı və "İlk dəfədir ki, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin və tərəfdaş dövlətlərin bu qədər nümayəndəsini birlikdə qəbul edir" söylədi. Son illər Azərbaycan dünyaya örnək olacaq bir qətiyyətlə bu cür beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmiz artıq təkcə coğrafi anlamda Şərqlə Qərb arasında körpü rolunu oynamır, Prezident İlham Əliyevin dediyi kimi, "İndi inkişaf etmiş Azərbaycan bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla onların vəhdətini təcəssüm etdirir".

Komitənin həmsədri Goran Farm sessiyanın yüksək səviyyədə təşkilinə görə minnətdarlıq etmişdir. Komitənin digər həmsədri Vetslav İonika isə demişdir ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyasının əsas göstəricilərindən biridir: "Bakıda olduğumuz az müddətdə bu ölkənin necə sürətlə inkişaf etdiyinin şahidi olmuşuq. İnanırıq ki, bu iclasda müzakirə olunan məsələlər qarşıya qoyulan məqsədlərə nail olmaqda işimizi xeyli asanlaşdıracaq və mövcud problemlərin həllinə təkan verəcəkdir".            

Son illər dünyanın bir çox ölkələrində yaşanan, düşündürən müxtəlif problemlərin müzakirəyə çıxarılması üçün ən münasib ünvan kimi Bakının seçilməsi çox mətləblərdən xəbər verir. Mötəbər mədəniyyət və musiqi festivallarına, beynəlxalq elmi konfranslara, idman yarışlarına ev sahibliyi etmək də son vaxtlar paytaxtımızın qismətinə düşür. Demək olar ki, şəhərimiz hər gün qonaqlı-qaralıdır. Xalqımızın gözəl dəyərlərindən biri də qonaqpərvərliyimizdir. Ona görə də beynəlxalq toplantılara, mədəniyyət tədbirlərinə qatılan əcnəbilər Azərbaycanda onlara göstərilən yüksək qonaqpərvərlikdən ağızdolusu danışır, heyrətlərini gizlətmirlər. Bəzən də deyirlər ki, mən keçən ilya o biri il Bakıda idim, amma ötən qısa müddətdə şəhəriniz çox dəyişib, tanımaq olmur.  

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ötən il ölkəmizdə olarkən Bakının davamlı olaraq qlobal əhəmiyyətli toplantılara ev sahibliyi etməsini, beynəlxalq aləmin tez-tez bu qədim və füsunkar ölkədə cəmləşməsini Azərbaycanın getdikcə artan mövqeyi, dünya dövlətləri arasında qazandığı inam, etimadnüfuzu ilə bağladı. Bu belədir, Azərbaycan qısa zamanda, çox sürətlə analoqu olmayan inkişafa nail olmaqla regiondadünyada aparıcı dövlətlərdən birinə çevrildi, dünyanı xarici siyasətinə, iqtisadi qüdrətinə, milli mədəniyyətinə, qonaqpərvərliyinə, tolerantlığına inandırdı. Bu dövlətin iştirakı olmadan regionda heç bir layihə həyata keçirilmir. Uğurla həyata keçirilmiş neftqeyri-neft sektoruna aid müxtəlif beynəlxalq səviyyəli layihələr ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığı da genişləndirdi. Azərbaycan ixrac olunan karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, bunu hər bir Avropa dövləti çox gözəl anlayır. Daim güclənən beynəlxalq əməkdaşlıq bölgədə sülhün, sabitliyin möhkəmlənməsini də şərtləndirir.    

Neçə illərdir Azərbaycan dünyada iqtisadi inteqrasiyanın güclənməsinə, sabitliyə, qarşılıqlı anlaşmaya, mədəniyyətlərarası dialoqa da öz töhfəsini verməkdədir. Müntəzəm olaraq bir çox humanitar, iqtisadi-siyasi, səhiyyə-mədəni xarakterliidman tədbirlərinə ev sahibliyi edən, Bakıda bəzən eyni gündə bir neçə beynəlxalq tədbir keçirilib. Çünki istənilən mühüm beynəlxalq tədbiri Azərbaycanda reallaşdırmaq üçün geniş imkanlar, müasir otellər, hazırlıqlı personal, işgüzar şərait və sabitlik var. Digər tərəfdən beynəlxalq təşkilatlarla daim genişlənən əməkdaşlıq öz səmərəsini verməkdədir. Milli mənafe nəzərə alınmaqla aparılan iqtisadi siyasət nəticəsində Azərbaycan nəinki yerləşdiyi regionun, Avrasiya məkanının qüdrətli istehsalçı və tranzit ölkəsinə çevrilib. Hazırda Azərbaycan ilə Avropa İttifaqı ölkələri arasında geniş ticarət əlaqələri var. Ölkəmizin dünyanın 27 ölkəsində 650-yə yaxın şirkəti fəaliyyət göstərir.

2011-ci ilin aprel ayında ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Bu tədbirin təşkilinin ideyaçısı olan Prezident İlham Əliyev həmin il Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 65-ci sessiyasında Bakı forumunun keçirilməsini bəyan etmişdi. Belə bir mötəbər tədbirin ölkəmizdə reallaşması təşəbbüsünü nüfuzlu beynəlxalq qurumlar alqışlamış, dəstəkləmişdilər. Bu mühüm tədbirə ev sahibliyi etməklə ölkəmiz beynəlxalq qurumlar arasında əməkdaşlığa, həm Şimal və Cənub, həm də Şərqlə Qərbin kəsişməsində yerləşən bir ölkə olaraq mədəniyyətlərarası dialoqun inkişafına dəyərli töhfə verdi. Bu siyasət davamlı xarakter almışdır. Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması da böyük mədəni-siyasi hadisədir. Neçə illərdir bu sahədə Heydər Əliyev Fondu uğurlu layihələr həyata keçirir. Ən başlıcası odur ki, milli-mənəvi dəyərlərimiz olan Novruz bayramı, aşıq və  xalça sənətlərimiz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Milli Parkın ərazisində inşa edilən Muğam Mərkəzi bu gün beynəlxalq və milli musiqi festivallarının keçirildiyi məkana çevrilmişdir. Fondun layihəsi çərçivəsində ötən il Bakıda Beynəlxalq muğam festivalı keçirildi. Dünyanın bir çox ölkələrindən bu festivala qonaqlar gəlmişdi. Təkcə paytaxt deyil, bölgələrimiz də inkişaf yolundadır. Regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədə nail olmağa geniş imkanlar açır. Artıq dünya əhəmiyyətli tədbirlər təkcə Bakıda deyil, bölgələrimizdə də gerçəkləşir. 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələdə III Beynəlxalq Musiqi Festivalının keçirilməsi dediklərimizin əyani sübutudur. Həmin tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım  Əliyeva demişdi ki, Qəbələnin füsunkar təbiətinin özü elə bil təkrarsız musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə vadar edir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq musiqi festivalı keçirilmişdir. Həmin tədbirdə vurğulanmışdır ki, Üzeyir bəyin əsərləri milli olduğu qədər də bəşəridir.      

İdman tarixində də Azərbaycan ən əlamətdar dövrünü yaşayır. Ölkəmiz son illər dünyanın idman mərkəzlərindən birinə çevrilib. Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi ənənə halını alıb. Xalqlar arasında sülh, əməkdaşlıq rəmzi olan idman bəşəriyyəti daha sıx ideallar ətrafında birləşdirməyə qadirdir. Boks, güləş, karate, gimnastika, basketbol, həndbol kimi müxtəlif idman turnilrəinə Bakı davamlı olaraq ev sahibliyi edir. Paytaxtımızdan ayrılarkən idmançıların "Sağ ol, Bakı, sağ ol, Azərbaycan!" şüarları heç unudulan deyil. Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci sessiyası da ötən il paytaxtımızda, "Gülüstan" sarayında toplandı. Bu sessiyada dünyanın aparıcı Avropa dövlətlərinin 400-dək nümayəndəsi iştirak edirdi.

Azərbaycan özünün Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək kimi geosiyasigeostrateji maraqlarını heç vaxt gizlətməmişdir və bu hədəfə çatmaq üçün də 20 ildir əzmlə çalışır. Azərbaycan iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq bu gün regionun lider ölkəsidir. Bakı ev sahibliyi etdiyi bütün Beynəlxalq toplantılarda Ermənistanın işğalçılıq siyasətini, 1 milyondan çox vətəndaşın 20 ildən artıqdır qaçqın-köçkün vəziyyətində yaşamasını, Naxçıvanı blokadada saxlamasını yüksək tribunalardan səsləndirmişdir. Azərbaycanda toplantılara gələn xarici nümayəndələr ölkəmizin hər sahədə böyük uğurlara imza atdığını vurğulayırlar.

Avronest Parlament Assambleyasının Bakıda keçirilən ikinci sessiyası başa çatarkən qonaqlar beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə yüksək səviyyədə təşkil olunmasından məmnunluqlarını bildirdilər. Təşkilatın növbəti il üçün tədbirlər planı müzakirə olunarkən belə bir təşəbbüs irəli sürüldü ki, assambleyanın iqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq Komitəsinin iclası da bu il Qəbələdə keçirilsin. Avronest PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə Komitəsinin iclasının 2013-cü ildə ölkəmizdə keçirilməsi təşəbbüsü də bəyənildi.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 10 aprel.- S. 6.